Karen Şahnəzərov: “Revanş xəyalları tamamilə boş məşğuliyyətdir”

Karen Şahnəzərov: “Revanş xəyalları tamamilə boş məşğuliyyətdir” "Bakının əlində çoxlu “kartlar” var idi, lakin ən müdrik və düzgün seçim edildi”
Qarabağ
10 Mart , 2021 15:46
Karen Şahnəzərov: “Revanş xəyalları tamamilə boş məşğuliyyətdir”
Karen Şahnəzərov

“Ermənistan və Azərbaycan iqtisadi sahədə əməkdaşlıq edərlərsə, onda gec-tez, yəqin ki, tez zamanda ümumi dil tapacaqlar. Birgə yaşayışın başqa yolu sadəcə yoxdur. Revanş xəyalları isə tamamilə boş məşğuliyyətdir”.

“Report” xəbər verir ki, bunu rusiyalı kinorejissor, ictimai xadim, “Mosfilm” kinokonserninin baş direktoru və idarə heyətinin sədri, Rusiyanın Xalq artisti Karen Şahnəzərov “Caliber.Az”a müsahibəsində deyib.

“Erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı şəkildə qəbul etdi, bu başa düşüləndir. Ancaq buna dözmək lazımdır... Cəmiyyətin bir hissəsinin revanşist əhval-ruhiyyədə olduğu aydındır. Yəni gücümüzü toplayıb yeni müharibəyə başlayacağıq düşüncəsindədirlər. Fikrimcə, bu, tamamilə çıxılmaz bir yoldur. Ancaq mənə elə gəlir ki, ermənilərin əksəriyyəti buna meylli deyil. Əməkdaşlıq üçün imkan tapmaq lazımdır”, - o bildirib.

“Ümumilikdə bunu Bəyanatı (10 Noyabr) imzalayan Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidməti hesab edirəm. Axı Bakının əlində çoxlu “kartlar” var idi, lakin ən müdrik və düzgün seçim edildi”, - K.Şahnəzərov söyləyib.

Son xəbərlər

Orphus sistemi