Jurnalistlər Laçının Sus kəndində olub, ermənilərin məhv etdiyi beton zavoduna baş çəkib

Jurnalistlər Laçının Sus kəndində olub, ermənilərin məhv etdiyi beton zavoduna baş çəkib Bir qrup kütləvi informasiya vasitələri nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinin Sus kəndinə səfər edib.
Qarabağ
1 Sentyabr , 2022 14:17
Jurnalistlər Laçının Sus kəndində olub, ermənilərin məhv etdiyi beton zavoduna baş çəkib

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinin Sus kəndinə səfər edib.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən dağıdılan evlərə baş çəkib.

Məlum olub ki, kənddə yerləşən evlər, inzibati binaların hamısı erməni vandalları tərəfindən dağıdılıb.

Həmçinin düşmən kənd ərazisindəki beton zavodunu da dağıdaraq yerlə-yeksan ediblər və meşə massivi məhv edilib.

Hazırda kənddə Azərbaycan Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Laçın Rayon Polis Şöbəsi əməkdaşları xidmət aparır.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Son xəbərlər

Orphus sistemi