Fransa xəbər portalının rəhbəri: “Musiqi və poeziya şəhəri Şuşanı bərpa etmək vacibdir”

Fransa xəbər portalının rəhbəri: “Musiqi və poeziya şəhəri Şuşanı bərpa etmək vacibdir” “Şuşa hər zaman təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət paytaxtı olub”.
Qarabağ
20 May , 2022 16:02
Fransa xəbər portalının rəhbəri: “Musiqi və poeziya şəhəri Şuşanı bərpa etmək vacibdir”

“Şuşa hər zaman təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət paytaxtı olub”.

“Report” xəbər verir ki, bunu Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Bryun deyib.

“30 illik işğal dövrü ərzində şəhərin məruz qaldığı dağıntıların fəsadlarını görürük. Musiqi və poeziya şəhəri Şuşanı bərpa etmək vacibdir.

Belə bir sual açıq qalmaqdadır: azərbaycanlılar hansı Şuşada yaşamaq istəyirlər? Qədim, yoxsa yeni mədəniyyət şəhərində? Fikrimcə, bunların hər ikisi nəzərə alınsa, yaxşı olardı: gözəl mədəniyyət abidələrini, məktəbləri, qalanı saxlamaq, eyni zamanda, Şuşanı gələcəyin mədəniyyət paytaxtına çevirmək gözəl olar”, - Bryun bildirib.

Son xəbərlər

Orphus sistemi