İtalyan senatordan Ermənistana sərt etiraz: “Artıq yetər”

İtalyan senatordan Ermənistana sərt etiraz: “Artıq yetər” İtaliya Senatının “İrəli İtaliya” Partiyasından üzvü, senator Urania Papatheu Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi sonuncu hərbi təxribatları pisləyən və Azərbaycanı dəstəkləyən açıqlamalar verib.
Qarabağ
20 Noyabr , 2021 19:05
İtalyan senatordan Ermənistana sərt etiraz: “Artıq yetər”

İtaliya Senatının “İrəli İtaliya” Partiyasından üzvü, senator Urania Papatheu Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi sonuncu hərbi təxribatları pisləyən və ölkəmizi dəstəkləyən açıqlamalar verib.

“Report” xəbər verir ki, senatorun açıqlamaları İtaliyanın “AgenParl”, “Agenzia Nova”, “LaPresse”, “Askanews”, “Dire”, “9Colonne” xəbər agentlikləri tərəfindən yayılıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində son günlər ərzində Ermənistan tərəfinin növbəti təxribatlarını dəf edərkən Azərbaycanın 7 hərbçisinin həlak olduğunu, daha 10 nəfərin isə yaralandığını bildirən italyan senator “Artıq yetər demək vaxtıdır, Avropa İttifaqı müdaxilə etməli, irəliyə doğru addım atmalı və hələ də müharibə etmək istəyənləri qətiyyətlə pisləməlidir”, - deyə son günlər ərzində baş verən erməni təxribatlarına sərt etirazını bildirib.

“Sanki keçən il noyabrın 10-da müharibə başa çatdıqdan sonra bu günə qədər mina partlayışının qurbanı olan 160-dan çox mülki azərbaycanlı azmış kimi Ermənistan tərəfi öz təxribatlarına davam edir”, - o deyib. “Bu dramatik vəziyyət Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla müəyyən edilmiş normaları qəbul etmək istəməməkdə israr etməsi ucbatından daha da pisləşir”, - deyə senator fikirlərinə əlavə edib.

“Bütün regionda sülh, sabitlik və əməkdaşlığı təmin etmək üçün Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları əsasında normallaşması və dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün bu iki ölkə arasında danışıqlar prosesinin mümkün qədər tez başlaması vacibdir”, - deyə Urania Papatheu fikirlərini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi