İTA direktoru: Qarabağın bərpası orada baş vermiş faciələrin xatirəsini yaşatmaq üçün vacibdir

İTA direktoru: Qarabağın bərpası orada baş vermiş faciələrin xatirəsini yaşatmaq üçün vacibdir İTA direktoru: Qarabağda aparılan bərpa işləri orada baş vermiş faciəli hadisələrin xatirəsini yaşatmaq üçün vacibdir
Qarabağ
23 Fevral , 2024 12:47
İTA direktoru: Qarabağın bərpası orada baş vermiş faciələrin xatirəsini yaşatmaq üçün vacibdir

Qarabağda aparılan bərpa işləri orada baş vermiş faciəli hadisələrin xatirəsini yaşatmaq üçün vacibdir.

Bunu “Report”a müsahibəsində İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı direktoru Andrea Makkaniko deyib.

Onun sözlərinə görə, dizayn və memarlıq sahəsində İtaliya şirkətləri Azərbaycanda geniş şəkildə təmsil olunur, müxtəlif layihələrin, o cümlədən işğaldan azad edilmiş Qarabağ regionunda tikinti və yenidənqurma işlərinin hazırlanmasında fəal iştirak edirlər.

“İtalyan dizaynı dünyada yaxşı tanındığından agentliyimiz ona həsr olunmuş xüsusi günlər keçirmək qərarına gəlib. Bu ilin aprel ayında “İtalyan Dizayn Günü”nü keçirməyi planlaşdırırıq, lakin dəqiq tarix və yer hələ müəyyən edilməyib. Biz, həmçinin Azərbaycandan idxalçı və distributorları İtaliyada baş tutan dizayn həftəsinə - “Salone del Mobile Milano”ya dəvət edirik. Bu, Avropa mebel dizaynerləri və istehsalçıları üçün ən mühüm hadisələrdən biridir. Bir neçə azərbaycanlı dizayneri də orada iştirak etməyə dəvət etdik. Arxitektura və mebel Azərbaycan idxalçılarının da marağına səbəb olan “Made in Italy” brendinin çox mühüm hissəsidir", - A.Makkaniko bildirib.

O qeyd edib ki, Azərbaycan hökuməti Qarabağda abidələrin, qəbiristanlıqların bərpası və muzeylərin yaradılması ilə bağlı İtaliya şirkətlərindən birinə müraciət edib: “Bu amil təkcə ölkələrimiz arasında münasibətlərin göstəricisi baxımından əhəmiyyətli deyil. Bu cür layihələr Qarabağda baş vermiş faciəli hadisələrin yaddaşlarda saxlanması, insanların onların mahiyyətini dərk etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İtalyanlar ən müasir dizaynları inkişaf etdirmək bacarığı ilə tanınırlar”.

Son xəbərlər

Orphus sistemi