İsveçli ekspert: “Qarabağ Avropa-Asiya arasında marşrut kimi vacib yerdir”

İsveçli ekspert: “Qarabağ Avropa-Asiya arasında marşrut kimi vacib yerdir” İkinci Qarabağ müharibəsi ilə münaqişənin bitməsindən sonra regionda sülhün daimiliyi infrastruktur və kommunikasiyaların qurulması baxımından dünya üçün vacibdir.
Qarabağ
19 Avqust , 2021 14:01
İsveçli ekspert: “Qarabağ Avropa-Asiya arasında marşrut kimi vacib yerdir”
Pavel Qamov

İkinci Qarabağ müharibəsi ilə münaqişənin bitməsindən sonra regionda sülhün daimiliyi infrastruktur və kommunikasiyaların qurulması baxımından dünya üçün vacibdir.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında İsveç Krallığı Riksdaqının (parlamentin) keçmiş deputatı (2014-2018), ekspert Pavel Qamov bildirib.

“Artıq regionda infrastrukturun, eləcə də Avropaya nəqliyyat marşrutlarının yaxşılaşdırılması çox vacibdir. Həm insanlar, həm də mallar Azərbaycandan və Qarabağ regionundan qonşu ölkələrə və qitələrə daha yaxşı getmək imkanına malik olmalıdır. Qarabağ Avropa-Asiya arasında marşrut kimi vacib yerdir. Həm Azərbaycan, həm də Orta Asiya və Avropa ölkələri turizmi, işə gediş-gəlişi, ticarət və digər vacib sahələri asanlaşdırmaq üçün yol şəbəkəsini və kommunikasiya marşrutlarını yaxşılaşdırmaqda maraqlıdır” - deyə, Qamov əlavə edib.

Son xəbərlər

Orphus sistemi