İşğaldan azad edilən ərazilərimiz

İşğaldan azad edilən ərazilərimiz Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən ərazilərimiz.
Qarabağ
7 Noyabr , 2020 13:28
İşğaldan azad edilən ərazilərimiz

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 7-dək 4 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 22 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalının 2 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

"Report" düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:

27 sentyabr

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
  • AğdərəMurovdağ istiqamətlərində yüksəkliklər

3 oktyabr

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

4 oktyabr

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

9 oktyabr

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
  • Tərtər rayonunun Çaylı kəndi

14 oktyabr

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
  • Füzuli rayonunun Arış kəndi
  • Cəbrayıl rayonunun Doşulu kəndi

16 oktyabr

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

17 oktyabr

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

18 oktyabr

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

19 oktyabr

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

20 oktyabr

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

21 oktyabr

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

22 oktyabr

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

25-26 oktyabr

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

28 oktyabr

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
  • Füzuli rayonunun Mandılı kəndi
  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

30 oktyabr

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.

2 noyabr

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

4 noyabr

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.

7 noyabr

Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

Zəngilan rayonunun Beşdəli kəndi

Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

Xocalının Qarabulaq, Moşxmaat kəndləri

Son xəbərlər

Orphus sistemi