ICESCO Qarabağda abidələrin bərpası üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır

ICESCO Qarabağda abidələrin bərpası üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır İslam Ölkələri Elm, Təhsil, Mədəniyyət Təşkilatı (ICESCO) işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəniyyət abidələrinin bərpasında Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.
Qarabağ
18 May , 2022 18:21
ICESCO Qarabağda abidələrin bərpası üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır

İslam Ölkələri Elm, Təhsil, Mədəniyyət Təşkilatı (ICESCO) işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəniyyət abidələrinin bərpasında Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın Mədəniyyət Nazirliyi ilə də qurulacaq: “Biz mədəniyyət abidələrinin ICESCO-da qeydiyyata alınmasına nail olacağıq”.

Baş direktor 2021-ci ilin yanvarında Qarabağa səfər etdiyini və bu ərazilərdə bəzi mədəniyyət abidələrinin dağıdılmasını öz gözləri ilə gördüyünü də söyləyib.

Son xəbərlər

Orphus sistemi