İran parlamentinin sədri: "Regionda gizli təhdidlər qalır"

İran parlamentinin sədri: "Regionda gizli təhdidlər qalır" İran Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərdən razıdır
Qarabağ
399
9 Fevral , 2021 21:07
İran parlamentinin sədri: Regionda gizli təhdidlər qalır

İran Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərdən razıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Bağır Qalibaf Rusiya Diplomatiya Akademiyasındakı nitqi zamanı bildirib.

“Münaqişənin davam etməsi İranın şimal sərhədlərində təhlükəsizlik məsələsi yarada bilərdi. Biz bu müharibəyə ən qısa müddətdə son qoymaq üçün Rusiyanın göstərdiyi səylərdən razıyıq. Amma fikrimcə, regionda gizli təhdidlər hələ də qalır. Yəni regionda terrorçu qüvvələrin mövcudluğuna son qoymalıyıq”, - İran rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi