“Təqvim verilmədi, biz də çox israr etməmişdik. Çünki Moskva bəyanatında bizi qane edən, maraqlarımıza cavab verən maddələr bizi təmin etdi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.
“Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına oturanda hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və müntəzəm olaraq biz əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansısa razılaşma mümkün deyil. Biz vəziyyəti nəzərə alaraq silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. Bu açıqlama da göstərdi ki, müzakirələr təməl prinsiplər əsasında bərpa edilir. Yəni Madrid prinsipləri – o da Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını təsbit edir. Eyni zamanda danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni ki, Ermənistan və Azərbaycan arasında aparılacaq”, - ölkə başçısı vurğulayıb.