İran səfiri qondarma "DQR" nümayəndələrinin Tehranda idman yarışlarında iştirakı ilə bağlı xəbərlərə münasibət bildirib

İran səfiri qondarma "DQR" nümayəndələrinin Tehranda idman yarışlarında iştirakı ilə bağlı xəbərlərə münasibət bildirib "Ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib"
Qarabağ
16 Sentyabr , 2016 12:34
İran səfiri qondarma DQR nümayəndələrinin Tehranda idman yarışlarında iştirakı ilə bağlı xəbərlərə münasibət bildirib

Bakı. 16 sentyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İslam Respublikasında ermənilərin idman olimpiadası keçirilməsi və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

İran səfirliyindən "Report"a verilən məlumata görə, səfir deyib ki, İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir.

Onun sözlərinə görə, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı bu yarışlarda qonaq qismində iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştiraka dəvət edilməyib.

"Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılşadırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər", - deyə iranlı diplomat deyib.

Son xəbərlər

Orphus sistemi