İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tam dəstəyini qazana bilmişik"

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tam dəstəyini qazana bilmişik" Bakı. 18 aprel. REPORT.AZ/ “Azərbaycanda xalq-iqtidar birliyi uğurlarımızın sübutudur. Azərbaycan dünya məkanında sabitlik məkanı kimi tanınır. Bu, bizim böyük nailiyyətimizdir”.
Qarabağ
18 Aprel , 2018 14:18
İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tam dəstəyini qazana bilmişik

Bakı. 18 aprel. REPORT.AZ/ “Azərbaycanda xalq-iqtidar birliyi uğurlarımızın sübutudur. Azərbaycan dünya məkanında sabitlik məkanı kimi tanınır. Bu, bizim böyük nailiyyətimizdir”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, qonşu dövlətlərlə isti münasibətlər regional sabitliyə, təhlükəsizliyə öz müsbət təsirini göstərir: "Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim mövqeyimizi - ədalətli mövqeyimizi dəstəkləyirlər. Son 15 ildə ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Həmin sənədlərdə qeyd olunur ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ECO-İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən qətnamələr qəbul ediblər. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamə qəbul etmişdir ki, bu da münaqişənin həlli üçün hüquqi baza yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların tam dəstəyini qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilib".

Son xəbərlər

Orphus sistemi