Hökumət azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnaməni təsdiqləyəcək

Hökumət azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnaməni təsdiqləyəcək “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq ediləcək.
Qarabağ
12 Avqust , 2021 16:21
Hökumət azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnaməni təsdiqləyəcək
0 : 00
0 : 00

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq ediləcək.

"Report"un xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında fərmanında əksini tapıb.

Qeyd edilib ki, Nazirlər Kabineti iki ay müddətində İqtisadiyyat Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etməlidir.

Nazirlər Kabinetinə iki ay müddətində işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etməsi də tapşırılıb.

Son xəbərlər

Orphus sistemi