Prezidentin köməkçisi: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü və təxminən 40 nəfər yaralandı"

Prezidentin köməkçisi: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü və təxminən 40 nəfər yaralandı" Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Yaralıların sayı 35 nəfərdir.
Qarabağ
43094
17 Oktyabr , 2020 04:05
Prezidentin köməkçisi: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü və təxminən 40 nəfər yaralandı
Hikmət Hacıyev

"Əlavə məlumat: 10-dan çox mülki şəxs öldürüldü və təxminən 40 nəfər yaralandı".

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı özünün "Twitter"dəki hesabında yazıb.

"Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır" - deyə o bildirib.

03:31

"Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Yaralıların sayı 35 nəfərdir".

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Dağıntılar altında qalmış dinc sakinlərin fövqəladə xidmətlərin əməkdaşları tərəfindən xilas olunması davam edir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi