Hikmət Hacıyev Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı diplomatları məlumatlandırıb

Hikmət Hacıyev Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı diplomatları məlumatlandırıb "Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı diplomatik nümayəndəliklərin rəhbərləri məlumatlandırılıb".
Qarabağ
13 Dekabr , 2022 16:22
Hikmət Hacıyev Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı diplomatları məlumatlandırıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı diplomatik nümayəndəliklərin rəhbərlərini məlumatlandırıb.  

"Report" xəbər verir ki, o, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri ilə görüşdə vəziyyətlə bağlı məlumatları təqdim edib. 

H.Hacıyevin sözlərinə görə, Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, ölkə sərvətlərindən istifadə edib və ətraf mühitə ziyan vurub.

O, Azərbaycan ekoloqlarının və ekoloji qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ikinci gündür Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirdikləri Şuşa-Xankəndi yolunda mövcud vəziyyət barədə diplomatik nümayəndəliklərin rəhbərlərinə məlumat verib.

"Ermənistan işğal olunmuş Azərbaycanın ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olub. İşğal illərində dövlət və xüsusi mülkiyyət obyektləri dağıdılıb, Azərbaycanın təbii sərvətləri qanunsuz istismar edilib", - şöbə müdiri bildirib.

H.Hacıyev xarici diplomatların diqqətinə çatdırıb ki, Azərbaycan tərəfi "Qızılbulaq" mis-qızıl mədənində təbii sərvətlərin qanunsuz istismarı və talanması hallarının artması, bunun ekoloji fəsadlarının müşahidə olunması barədə məlumat əldə edib.  

Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən "Qızılbulaq" və "Dəmirli" yataqları ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfi Rusiya tərəfinə nota verib.

Son xəbərlər

Orphus sistemi