Hikmət Hacıyev: "Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir"

Hikmət Hacıyev: "Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir" "Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münsibətləri var. Qardaş Türkiyə də hər fürsətdə Azərbaycana dəstəyini göstərir".
Qarabağ
7009
3 Oktyabr , 2020 17:53
Hikmət Hacıyev: Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir
Hikmət Hacıyev

"Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri var. Qardaş Türkiyə də hər fürsətdə Azərbaycana dəstəyini göstərir".

“Report” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: "Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürürük. Bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir".

Son xəbərlər

Orphus sistemi