Hikmət Hacıyev: "ABŞ Konqresindəki bəzi şəxslər tamamilə erməni lobbisinin əsirliyi altındadır"

Hikmət Hacıyev: "ABŞ Konqresindəki bəzi şəxslər tamamilə erməni lobbisinin əsirliyi altındadır" “Son dövrlərdə ABŞ-da olan erməni lobbisi tərəfindən Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparılmasına cəhdlər olub.O cümlədən onlar ABŞ Konqresinə də müraciət etmişlər”.
Qarabağ
21 İyul , 2020 12:09
Hikmət Hacıyev: ABŞ Konqresindəki bəzi şəxslər tamamilə erməni lobbisinin əsirliyi altındadır
0 : 00
0 : 00

“Son dövrlərdə ABŞ-da olan erməni lobbisi tərəfindən Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparılmasına cəhdlər olub. O cümlədən onlar ABŞ Konqresinə də müraciət etmişlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Təəssüf edirik ki, ABŞ Konqresində bir sıra şəxslər var ki, onlar öz siyasi legitimliklərini açıq şəkildə şübhə altına qoyaraq erməni lobbisi ilə əlbir şəkildə hərəkət edirlər. Bu şəxslər tamamilə erməni lobbi dairələrinin əsirliyi altındadırlar. Düşünürük ki, ABŞ-ın Konqresmen aidiyyətı komitələri tərəfindən onların erməni lobbiləri ilə çirkin əlaqələri araşdırılmalıdır”, o bildirib.

Son xəbərlər

Orphus sistemi