Həsənriz sakini: Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq

Həsənriz sakini: Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq.
Qarabağ
11 aprel 2025 11:54
Həsənriz sakini: Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq
Reyhan Həsənova

Düşmən bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq.

Bu fikirləri "Report"un Ağdərə rayonuna ezam olunan əməkdaşına müsahibəsində Həsənriz kənd sakini Reyhan Həsənova bildirib.

Onun sözlərinə görə, doğma yurdlarına dönməyin belə tez olacağını gözləməyiblər:

"Yurd boş qalmaz. Biz hər zaman bu ideya ilə yaşadıq və inamımızı möhkəmlətdik. Hələ uşaqkən böyüklərimizin ermənilər tərəfindən zəbt edilən yurd yerlərinə baxıb köks ötürdüklərinin şahidi olurduq. Kəndimiz işğal olunanda da sinəmizə dağ çəkildi. Amma inamımızı itirmədik. Çox şükür bu günə.

Arzularımız çin oldu, indi daimi öz kəndimizə köçürük. Qorxusuz, problemsiz yaşamaq üçün. Amma düşmənə bir mesajımız da var. Qoy onlar bilsin ki, dəmir yumruq varsa biz varıq, biz var olduqca dəmir yumruq da olacaq".

Orphus sistemi