Hesabat: "Azərbaycan ərazilərinə qanunsuz səfərlərin sayında xeyli azalma var"

Hesabat: "Azərbaycan ərazilərinə qanunsuz səfərlərin sayında xeyli azalma var" Xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müyyən olunmuş 286 xarici ölkə vətəndaşı barədə məlumat “ Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib (bunl
Qarabağ
9 Mart , 2022 14:30
Hesabat: Azərbaycan ərazilərinə qanunsuz səfərlərin sayında xeyli azalma var

Xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müyyən olunmuş 286 xarici ölkə vətəndaşı barədə məlumat “Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib (bunlardan 30 nəfəri hesabat ili ərzində səfər ediblər). Həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub. Eyni zamanda, iki şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Qeyd olunub ki, ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində yuxarıda qeyd olunan qanunsuz səfərlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi