Şöbə rəisi: "Şuşada may ayından bəri 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkarlanıb"

Şöbə rəisi: "Şuşada may ayından bəri 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkarlanıb" “Şuşada may ayından bu yana aparılmış axtarışlar nəticəsində ən azı 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkar edilib”.
Qarabağ
15 Avqust , 2023 15:52
Şöbə rəisi: Şuşada may ayından bəri 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkarlanıb
Emil Tağıyev

“Şuşada may ayından bu yana aparılmış axtarışlar nəticəsində ən azı 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkar edilib”.

Bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

Şöbə rəisinin sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülərək burada saxlanılan azərbaycanlılara məxsus olması ehtimal edilir:

“Həbsxanada saxlanılan azərbaycanlılara qəddarcasına işgəncə verilməklə, döyülməklə, başları kəsilməklə, itlər üstlərinə buraxılmaqla, yaralı və halsız insanları donuzlara yedizdirməklə və bu kimi digər işgəncələr etməklə qətlə yetirilmiş, elə buradaca basdırılmışdır”.

Xatırladaq ki, Şuşa şəhərində növbəti kütləvi məzarlıq tapılıb. Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.

Son xəbərlər

Orphus sistemi