Deputat: "Həmsədrlərin məqsədi acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir"

Deputat: "Həmsədrlərin məqsədi acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir" “Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır ki, işğal altında olan ərazilərimizi azad etməkdə davam edir. Belə olan halda ölkəmizə qarşı bir sıra təzyiqlər göstərilir. Bütün bu təzyiqlərin hər birinə isə ölkə başçısı sin
Qarabağ
26 Oktyabr , 2020 17:31
Deputat: Həmsədrlərin məqsədi acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir
Cavid Osmanov

“Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır ki, işğal altında olan ərazilərimizi azad etməkdə davam edir. Belə olan halda ölkəmizə qarşı bir sıra təzyiqlər göstərilir. Bütün bu təzyiqlərin hər birinə isə ölkə başçısı sinə gərir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu təzyiqlərin biri bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı göründü:

“Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Bununla da onlar ölkəmizə qarşı növbəti təzyiq etmək istəyirdilər. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının qəbul etmək istədiyi yeni qətnamədə işğalçı Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri yox etmək cəhdləri, bunun əvəzinə yeni qərar qəbul etmək niyyəti birbaşa işğalçıya və işğala bəraət qazandırmaqdır. Bu həm də 30 ildə problemin nə üçün həll olunmadığını izah edən ən yaxşı siyasi dəlildir. Deməli, problemin həll olunmamış qalması həm də Minsk qrupunun məqsədli fəaliyyətinin nəticəsidir, onlar bunu, sadəcə olaraq, həll etmək istəməyiblər. İndi isə atəşkəs əldə etmək istəyirlər”.

Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın 25-də verdikləri bəyanat əslində humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib:

“Onların məqsədi Ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Əvvəlcə onu qeyd edim ki, humanitar atəşkəsin məqsədi cəsədlərin götürülməsi və girovların dəyişdirilməsidir. Humanitar atəşkəs bütün döyüşlər zamanı olur və bu vacibdir. Bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasında oktyabrın 10-da və 17-də humanitar atəşkəs barədə razılaşma əldə edilmişdi. Onlar hər iki atəşkəsi də pozmuşdu. Ermənistan hər zamankı kimi pozucu, təxribatçı kimi ənələlərinə sadiq qalaraq bu dəfə də bu gün saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Hesab edirəm ki, bu, növbəti dəfə Ermənistanın məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir”.

O qeyd edib ki, bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəssəl həlli prosesi ilə paralel getməlidir:

“Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var. Ancaq təəssüflər olsun ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu onu bir daha göstərir ki, Ermənistan bu humanitar atəşkəsə də necə ki, hazırda riayət etmir və heç vaxt da etməyəcək. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və buna heç kim də mane ola bilməz”.

Son xəbərlər

Orphus sistemi