Hadrut və Cəbrayılda itkin düşmüş erməni hərbçilərin meyitləri aşkarlandı

Hadrut və Cəbrayılda itkin düşmüş erməni hərbçilərin meyitləri aşkarlandı Ermənilərin bu gün Hadrut, Cəbrayıl rayonlarında və digər ərazilərdə apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində həlak olmuş daha 10 hərbçisinin meyitləri tapılıb.
Qarabağ
11 Yanvar , 2021 23:27
Hadrut və Cəbrayılda itkin düşmüş erməni hərbçilərin meyitləri aşkarlandı
0 : 00
0 : 00

Ermənilərin bu gün Hadrut, Cəbrayıl rayonlarında və digər ərazilərdə apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində həlak olmuş daha 10 hərbçisinin meyiti tapılıb.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Məlumata görə, bununla da Qarabağda aparılan axtarış işləri zamanı meyitləri aşkarlanan erməni hərbçilərinin sayı 1 222 nəfərə çatıb.

Qeyd edək ki, itkin düşmüş erməni hərbçilərinin axtarışlarına hərbçilərlə yanaşı, əsgərlərin yaxınları, digər mülki şəxslər də cəlb edilib. Ermənistan rəhbərliyi ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını bu günə kimi açıqlamayıb. Lakin Səhiyyə Nazirliyi ekspertizadan keçirilən meyitlərin sayının 3 300-ü ötdüyünü açıqlayıb.

Dünən ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

Son xəbərlər

Orphus sistemi