QMİ-nin Gürcüstan nümayəndəsi: Qarabağa hər dəfə gələndə yeniliklərlə qarşılaşıram

QMİ-nin Gürcüstan nümayəndəsi: Qarabağa hər dəfə gələndə yeniliklərlə qarşılaşıram Baxmayaraq ki, bu mənim Qarabağa üçüncü səfərimdir hər gələndə gördüyüm yeniliklər və inkişaf məni təəccübləndirir.
Qarabağ
18 Oktyabr , 2024 13:54
QMİ-nin Gürcüstan nümayəndəsi: Qarabağa hər dəfə gələndə yeniliklərlə qarşılaşıram
Məhəmməd Şamilov

Qafqaz müsəlmanları idarəsinin Gürcüstan nümayəndəsi Məhəmməd Şamilov Qarabağa hər səfərində yeniliklər və inkişaf gördüyünü bəyan edib.

“Report”a danışan M.Şamilov qeyd edib ki, Qarabağ Universitetinə heyran olub:

“Qarabağ Universitetinə ilk dəfədir səfər edirəm. Burada tələbələr üçün yaradılmış şərait bizi valeh etdi. Hətta nümayəndə heyətimizin üzvlərindən bir neçə nəfər dedi ki, kaş biz də tələbə olardıq və Qarabağ Universitetində təhsil alardıq. Bu gözəl günləri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Onlar bütün dünya azərbaycanlılarının başını uca etdi”.

O, Zəfər gününün Gürcüstanda sevinclə qarşılandığı haqda danışıb:

“Müharibə bitəndən sonra Gürcüstanın hər bir qəsəbəsində süfrə açılmışdı, bir növ toy-bayram elan edilmişdi. Maşın karvanları var idi. Həmin maşınlardan Gürcüstan və Azərbaycan bayraqları asılmışdı. Hər kəs sevinc içərisində idi”.

Son xəbərlər

Orphus sistemi