XİN başçısı Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bildirib

XİN başçısı Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bildirib “Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”.
Qarabağ
17 İyul , 2020 20:17
XİN başçısı Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bildirib

“Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.

Gürcüstan XİN-in yaydığı məlumata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məsələni nəzərdən keçiriblər.  

D.Zalkaliani vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib.

XİN başçısı ümidvar olduğunu bildirib ki, beynəlxalq mexanizmlərin, xüsusən də ATƏT-in Minsk Qrupunun vasitəsi ilə danışıqların bərpasına və gərginliyin azaldılmasına nail olunacaq.

Nazirlər danışıq zamanı iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi üçün fəal iş aparmağa hazırlıq ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi