Gürcüstanın din xadimləri Füzuli Beynəlxalq Hava limanında olublar

Gürcüstanın din xadimləri Füzuli Beynəlxalq Hava limanında olublar Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı Gürcüstan Müsəlmanları İdarəsinin din nümayəndələrinin Füzuli rayonu işğaldan azad edilən ərazilərə səfərləri başa çatıb. Qonaqlar səfərlərini Füzuli Beynəlxalq Hava limanını gəzməklə dav
Qarabağ
21 May , 2022 20:57
Gürcüstanın din xadimləri Füzuli Beynəlxalq Hava limanında olublar

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı Gürcüstan Müsəlmanları İdarəsinin din nümayəndələrinin Füzuli rayonu işğaldan azad edilən ərazilərə səfərləri başa çatıb. Qonaqlar səfərlərini Füzuli Beynəlxalq Hava limanını gəzməklə davam etdiriblər.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara hava limanı barədə məlumat verib.

O, bildirib ki, Füzuli Beynəlxalq Hava limanı minatəmizləmə işlərinin aparılması da daxil olmaqla 8 ay ərzində başa çatdırılıb. Hazırda aeroporta Türkiyə və Rusiyadan reyslərin qəbul edilməsi üçün ilkin razılıqlar əldə edilib. Bundan əlavə hava limanında yaradılan şərait, həmçinin Zəngilan və Laçın hava limanları barədə qonaqlara ətraflı məlumat verilib.

Səfərin yekununda qonaqlar Füzulinin mərkəzində şəhərin xarabalığa çevrilən qalıqlarını ziyarət ediblər. Şəhər və divarları qalan binalar barədə qonaqlara məlumat verən A.İmanov Füzuli şəhərinin bir hissəsinin açıq hava muzeyi kimi saxlanılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi