Gürcüstandan gələn azərbaycanlı din xadimləri Ağdam cümə məscidində olublar

Gürcüstandan gələn azərbaycanlı din xadimləri Ağdam cümə məscidində olublar Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başlayıb.
Qarabağ
21 May , 2022 13:44
Gürcüstandan gələn azərbaycanlı din xadimləri Ağdam cümə məscidində olublar

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri davam edir.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, din xadimləri rayon ərazisində yerləşən Ağdam cümə məscidi, Mədəniyyət evi və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə Gürcüstanda yaşayan müsəlman dini icmaların 40-a yaxın əməkdaşı və Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov da iştirak edir.

12.03

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başlayıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, din xadimləri əvvəl rayonun Ağdamkənd kəndində olublar.

Qonaqlar burada erməni vandallığının əyani mənzərəsini müşahidə ediblər. Onlara işğal dövründə Ağdamın ermənilər tərəfindən minalanması, hazırda da rayon ərazisində mina təhlükəsinin daha ciddi bir şəkildə olması barədə məlumatlar verilib.

Hazırda səfər davam edir.

Son xəbərlər

Orphus sistemi