Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU

Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU Gürcüstanda rəyi soruşulanların 70 %-i Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu bildirib.
Qarabağ
28 Yanvar , 2021 18:47
Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU

Gürcüstanda rəyi soruşulanların 70 %-i Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu, “Qafqaz Tədqiqat Resurs Mərkəzi - Gürcüstan” (CRRC) təşkilatının Qafqaz barometri adlanan sorğusunun nəticələrindən məlum olub.

Qonşu ölkədə münaqişə barədə məlumatı olanların faiz göstəricisi artıb. Belə ki, 2013-cü ildə bu göstərici 62 % təşkil edib.

Respondentlərin 24 %-i münaqişədən məlumatsız olduğunu, 6 %-i isə suala cavabı bilməyib və ya cavab verməkdən imtina edib.

Münaqişədən məlumatlı olanların 55 %-i son müharibədən çəkinməyin mümkün, 17 %-i isə mümkünsüz olduğunu hesab edib. 28 % isə müvafiq suala cavab verməyib və yaxud rəy bildirməkdən imtina edib.

Sorğuda iştirak edənlər Gürcüstanın münaqişədəki rolunu da qiymətləndiriblər. Onların 38 %-i bunu müsbət, 7 %-i isə mənfi kimi dəyərləndirib, 48 %-i qiymət verməkdən çəkinib.

Qeyd edək ki, sorğu ötən ilin 8-14 dekabr tarixində aparılıb. Telefonla müsahibə yolu ilə 1 504 respondentin rəyi öyrənilib.

Son xəbərlər

Orphus sistemi