Gürcüstan nümayəndə heyəti Ağdam şəhərində olub
- 17 aprel, 2022
- 14:44
Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərdə olublar.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, gürcü qonaqlar Ağdam şəhərinə səfərləri zamanı ənənəvi marşrut üzrə İmarət kompleksi, Çörək muzeyi, mədəniyyət evi, Cümə məscidində olublar.
Onlar ermənilərin Ağdamda törətdikləri vəhşiliklərdən dəhşətə gəldiklərini ifadə ediblər.
Daha sonra Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərində dağıdılan Şəhidlər Xiyabanında olublar, səfərin yekununda qonaqlar Ağdamın yenidən qurulacaq baş planı ilə tanış olublar.
17:57
Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, qonaqlar ermənilərin Ağdamda törətdiyi vandalizm aktları ilə tanış olurlar.
Onlar Ağdam şəhərində dağıdılan tarixi, mədəniyyət abidələrinə baxış keçiriblər.
Nümayəndə heyətinə Ermənistanın törətdiyi vəhşilik barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət qrup Ağdamdan əvvəl Şuşa və Gəncəyə səfər ediblər.