GUAM PA azad olunmuş torpaqların bərpasında Azərbaycanı dəstəkləyir

GUAM PA azad olunmuş torpaqların bərpasında Azərbaycanı dəstəkləyir GUAM Parlament Asambleyası Azərbaycanın azad olunmuş torpaqlarında bərpa işlərini alqışlayır və dəstəkləyir.
Qarabağ
23 Dekabr , 2021 15:40
GUAM PA azad olunmuş torpaqların bərpasında Azərbaycanı dəstəkləyir

GUAM Parlament Assambleyası Azərbaycanın azad olunmuş torpaqlarında bərpa işlərini alqışlayır və dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə qurumun onlayn keçirilmiş 14-cü sessiyasından sonra qəbul edilən yekun qətnamədə bildirilir.

“Parlament Assambleyası 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma, yenidən inteqrasiya səylərini alqışlayır və dəstəkləyir, Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması baxımından Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn qayda və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərinə söykənərək münasibətlərin qurulmasına alternativ olmadığını təsdiqləyir” – deyə qətnamədə qeyd olunub.

Sessiyada GUAM üzv ölkələrinin parlament nümayəndələrilə yanaşı, qonaq qismində Baltik Assambleyası nümayəndələri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi