Göyçayda qələbə xəbəri ruh yüksəkliyi ilə qarşılanıb

Göyçayda qələbə xəbəri ruh yüksəkliyi ilə qarşılanıb Göyçay rayonunda gənclər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qələbə xəbərini ruh yüksəkliyi ilə qeyd edirlər.
Qarabağ
2617
12 Noyabr , 2020 06:58
Göyçayda qələbə xəbəri ruh yüksəkliyi ilə qarşılanıb
0 : 00
0 : 00

Göyçay rayonunda gənclər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbə xəbərini ruh yüksəkliyi ilə qarşılanır.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, gənclər əllərində üç rəngli Azərbaycan bayraqları ilə yürüş edərək “Qarabağ Azərbaycandır”, “Yaşasın Ali Baş Komandan”, “Zəfər bizimlədir” şüarları səsləndiriblər.

Bundan başqa gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önündə Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Gənclər Şəhidlər Xiyabanına kimi davam edən yürüş zamanı müxtəlif şüarlar səsləndirərək qələbə sevinclərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi