Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baş çəkib

Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baş çəkib “Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.
Qarabağ
9157
13 Oktyabr , 2020 12:16
Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baş çəkib

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 13-də Gəncə şəhərinə səfər edib.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub.

Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu diqqətə çatdıraraq əhalinin təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi