Gənclər təşkilatlarının nümayəndələri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olub

Gənclər təşkilatlarının nümayəndələri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olub Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.
Qarabağ
13 Sentyabr , 2021 14:24
Gənclər təşkilatlarının nümayəndələri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olub

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib.

Gənclərə Şuşanın işğalı zamanı Molla Pənah Vaqifin muzey-məqbərəsinin vandallar tərəfindən necə dağıdıldığı, Azərbaycanın mədəniyyət paytaxtının işğaldan sonra məqbərədə aparılmış təmir-bərpa və yenidənqurma işləri barədə məlumatlar verilib.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

Son xəbərlər

Orphus sistemi