Gəncə şəhərində Vətən müharibəsi şəhidi Abbasquluyev Nadir Elçin oğlunun anım mərasimi keçirilib, adına inşa edilən bulaq-kompleksinin açılışı olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bağbanlar qəsəbəsində keçirilən mərasimdə şəhidin yaxınları, ziyalılar, hərbçi yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.
Çıxış edənlər şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar.
Qeyd edək ki, Abbasquliyev Nadir Elçin oğlu 1995-ci ildə Gəncədə doğulub.
O, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Abbasquliyev Nadir Elçin oğlu Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda", ”Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.