Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Vüsal Məmmədov Gəncədə dəfn edilib.
"Report"un Qərb mərkəzinin məlumatına görə, dəfin mərasimində şəhidin ailə üzvləri və yaxınları, həmçinin ictimaiyət nümayəndələri iştirak ediblər.
V.Məmmədov Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Vətən müharibəsi zamanı Xocavənddə gedən döyüşlərdə şəhid olan Gəncə şəhər sakini, 23 yaşlı Vüsal Elşan oğlu Məmmədovla vida mərasimi keçirilir.
"Report"un Qərb mərkəzinin məlumatına görə, ötən ilin noyabrından adı itkin düşən hərbiçilərin siyahısında olan və dünən şəhid olduğu bilinən Vüsal Məmmədovun nəşi ailəsinə təhvil verilib.
Hazırda yaxınlarının, ictimaiyyət nümayəndələrinin və şəhər sakinlərinin iştirakı ilə vida mərasimi keçirilir.
Şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, V.Məmmədov ailənin böyük ovladı olub. Ondan kiçik bir qardaşı var.
Allah rəhmət eləsin!