Gəncə Zəfər Gününə hazırlaşır

Qarabağ
  • 07 noyabr, 2021
  • 09:16
Gəncə Zəfər Gününə hazırlaşır

Azərbaycanın bütün şəhərlərində olduğu kimi, Gəncədə də Zəfər Gününə xüsusi hazırlıqlar görülür.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq şəhərin bayramsayağı tərtibatı həyata keçirilir.

Bununla yanaşı, şəhərin “İstiqlal” parkında şəhidlərin xatirəsinə həsr olunmuş “Memorial Abidə Kompleksi” inşa edilib. Sabah kompleksin açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, Vətən Müharibəsində Qələbənin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Gəncədə silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq noyabrın 8-də ümumşəhər tədbiri təşkil olunacaq. Eyni zamanda, Heydər Əliyev Park Kompleksində Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçiriləcək. Sonda Heydər Əliyev adına Meydanda Zəfər Gününə həsr olunmuş atəşfəşanlıq təşkil olunacaq.