Füzulidə su anbarına 1500 balıq körpəsi buraxılacaq

Füzulidə su anbarına 1500 balıq körpəsi buraxılacaq "Füzuli rayonunda yerləşən “Köndələnçay-1 su anbarı”na ümumilikdə 1500 balıq körpəsi buraxılacaq"
Qarabağ
28 Aprel , 2021 11:22
Füzulidə su anbarına 1500 balıq körpəsi buraxılacaq

"Füzuli rayonunda yerləşən “Köndələnçay-1 su anbarı”na ümumilikdə 1 500 balıq körpəsi buraxılacaq".

"Report"un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bunun 1000-ni çəki, 500-ü isə ağamur balıq körpələridir: "Bu proses işğaldan azad olunan ərazilərdəki su hövzələrində balıqların təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".

Son xəbərlər

Orphus sistemi