Füzulidə minalar mexaniki üsulla təmizlənir

Füzulidə minalar mexaniki üsulla təmizlənir Minatəmizləmə əməliyyatları davam etdirilir
Qarabağ
8 May , 2021 12:45
Füzulidə minalar mexaniki üsulla təmizlənir

Füzuli rayonu ərazisində minatəmizləmə əməliyyatları davam etdirilir.

“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, hazırda minatəmizləmə əməliyyatları Füzuli rayonunun Merdinli kəndi ərazisində də həyata keçirilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Merdinli kəndi ərazisindən keçən yol mexaniki üsulla təmizlənir.

Qeyd edək ki, hazırda Füzulidə asfalt yolunun genişləndirilməsi həyata keçirilir. Ən çox çirklənmiş 13 km-lik ərazinin 8 km-i təmizlənib. Təmizlənmə işləri əllə, itlə və mexaniki üsulla həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi