Füzuli şəhəri “Sülh Şəhərləri Başçıları” təşkilatına qəbul edilib

Füzuli şəhəri “Sülh Şəhərləri Başçıları” təşkilatına qəbul edilib Füzuli şəhəri BMT qeydiyyatı olan “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri-hökumət təşkilatının üzvlüyünə qəbul olunub
Qarabağ
1 İyun , 2021 12:02
Füzuli şəhəri “Sülh Şəhərləri Başçıları” təşkilatına qəbul edilib

Füzuli şəhəri BMT-də qeydiyyatdan keçən “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri-hökumət təşkilatının üzvlüyünə qəbul olunub.

Yaponiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla da “Sülh Şəhərləri Başçıları” təşkilatının təşəbbüsünə qoşulan Azərbaycanın şəhər və rayonlarının sayı 10-a çatıb.

Belə ki, indiyədək Ağdam (2016/10), Qubadlı (2016/10), Cəbrayıl rayonu (2016/10), Xocalı (2016/10), Zəngilan rayonu (2016/10), Şuşa rayonu (2016/11), Kəlbəcər (2016/11), Xocavənd (2016/11) və Laçın (2016/12) təşkilata üzv qəbul edilib.

Təşkilatın məqsədi nüvə silahlarsız dünya naminə, daimi qlobal sülhə və insanların rifahına töhfə verməkdir.

Qeyd edək ki, “Sülh Şəhərləri Başçıları” proqramı 1982-ci ildə Yaponiyanın Hiroşima şəhərinin o zamankı bələdiyyə başçisi Takeşi Araki tərəfindən təsis edilib. Sülh Şəhərləri Başçılarının məqsədləri üzv şəhərlər arasında sıx həmrəylik yolu ilə nüvə silahlarının tamamilə ləğv edilməsi, dünya üzrə insanlar arasında narahatçılıq doğuran aclıq və yoxsulluq, qaçqınların vəziyyəti, insan haqları və ətraf mühitin tarazlığının pozulması kimi həyati problemlərin həlli üçün səy göstərməklə davamlı qlobal sülhə nail olmaqdır. "Sülh Şəhərləri Başçıları” təşkilatının üzv sayı dünyanın 165 ölkə və bölgələrindən olan 8,031 şəhəri əhatə edir.

Son xəbərlər

Orphus sistemi