İşğaldan azad edilən ərazilərdə 2292 hektar sahə minalardan təmizlənib

İşğaldan azad edilən ərazilərdə 2292 hektar sahə minalardan təmizlənib "Bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2 200 hektardan çox əkin sahələri üçün yararlı ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib".
Qarabağ
26 Yanvar , 2021 12:16
İşğaldan azad edilən ərazilərdə 2292 hektar sahə minalardan təmizlənib

"Bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2 200 hektardan çox əkin sahələri üçün yararlı ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, bu ərazilərin əksər hissəsində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə əkin işləri aparılır: "Əlavə olaraq 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri aparılıb".

Son xəbərlər

Orphus sistemi