Fransalı tarixçi: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü məsələsidir"

Fransalı tarixçi: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü məsələsidir" "Fransada Azərbaycanın ərazi bütövlüyü məsələsinə kölgə salmaq üçün Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirməyə çalışanlar var".
Qarabağ
5800
5 Noyabr , 2020 13:56
Fransalı tarixçi: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü məsələsidir
Kərim İfrak

"Fransada Azərbaycanın ərazi bütövlüyü məsələsinə kölgə salmaq üçün Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirməyə çalışanlar var".

Bunu "Report"un yerli bürosuna açıqlamasında Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzinin professoru, tarixçi Kərim İfrak bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi olduğu halda, Fransada bir sıra siyasətçilər, mətbuat orqanları buna qəsdən dini don geyindirməyə çalışırlar: "Fransada Dağlıq Qarabağ münaqişəsinin tarixinə göz yumaraq onu gündəliyə yanlış formalarla gətirmək cəhdləri olunur. Bu münaqişəyə dini ad verilməsi təəccüb və təəssüf doğurur. Bunu edənlər tarixdən başı çıxmayanlardır. 2020-ci ildə bir dövlətin suverenliyi və ərazi bütövlüyü məsələsini dini məsələ kimi qələmə verən məlumatların yayılması yolverilməzdir və buna qarşı ciddi tədbirlər görülməlidir".

K.İfrak Dağlıq Qarabağ münaqişəsinə qəsdən dini don geyindirməyə çalışanları "zəiflərin taktikasına əl atanlar" adlandırıb: "Dağlıq Qarabağ münaqişəsi mədəniyyət məsələsi yox, qeyd-şərtsiz siyasət və geosiyasət məsələsidir. Münaqişənin tarixinə göz yumaraq bu gün İslam mövzusu ətrafında gərginliyin olduğunu bilərəkdən bir qrup şəxslər tərəfindən bu münaqişə qəsdən dini məsələ kimi ortaya atılır".

Son xəbərlər

Orphus sistemi