"Ermənistandan, həmçinin erməni işğalı altındakı
"Report"un Fransa bürosu xəbər verir ki, bunu Avropa Parlamentinin sabiq üzvü, Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun professoru Patrisiya Lalond bildirib.
"Mən Azərbaycanda olarkən qaçqın və məcburi köçkün qadınlarla görüşmüşəm. Bu qadınlar öz evlərinə - Qarabağa dönmək istədiklərini bizə dönə-dönə söyləyirdilər. Onlar yeni şəraitə hələ də öyrəşə bilməmişdilər. Azərbaycanlı məcburi köçkün qadınlarda ermənilərə münasibətdə heç bir nifrət hissi yoxdur. Onlarda nostalgiya, yaşadıqlarının nəticəsi olaraq psixoloji travma hiss olunurdu. Bu travma, xüsusilə, Xocalı faciəsininin şahidi olmuş qadınlarda daha aydın müşahidə olunurdu", - o qeyd edib.
Fransalı ekspert deyib ki, azərbaycanlı məcburi köçkün qadınlar Dağlıq Qarabağdakı erməni qadınlarla dialoq aparmaq istədiklərini deyiblər: "Onlar erməni qadınları ilə dialoq quracaqları təqdirdə, iki icma arasında barışıq yaranacağına inanırlar. Onlar erməni qadınlarla dialoqa girib Komitə yaratmaq istəyirlər. Azərbaycan hökuməti də bu məsələdə qadınları dəstəkləyir".
P.Lalond beynəlxalq təşkilatların Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirdiyini bildirib: "Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində görülən işlər arasında qaçqın və məcburi köçkün qadınlara ayrılan diqqət tədqirəlayiqdir. Azərbaycan hökuməti məcburi köçkün qadınlara yüksək qayğı göstərir. Mən Saatlı rayonunda məcburi köçkünlər üçün tikilmiş binalarda olmuşam və hər cür şərait yaradıldığına şahidəm. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti
Fransalı professor vurğulayıb ki, Azərbaycan dövlətinin qarşısında bu gün iki böyük məsələ durur: "Birincisi, məcburi köçkün qadınların geriyə - öz doğma torpaqlarına, evlərinə qayıtmasına nail olmaq, ikincisi isə Dağlıq Qarabağ münaqişəsini həll etmək, sülhə nail olmaqdır".