Fransada Qarabağ həqiqətləri - FOTO

Fransada Qarabağ həqiqətləri - FOTO Fransanın paytaxtı Parisdə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarında Ermənistan-Azərbaycan münaqişəsi zəminində beynəlxalq hüquq normalarının pozulması:əsir düşmüş, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələsi” mövzusunda konfrans keçirilib.
Qarabağ
231
28 Fevral , 2020 06:30
Fransada Qarabağ həqiqətləri - FOTO

Fransanın paytaxtı Parisdə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarında Ermənistan-Azərbaycan münaqişəsi zəminində beynəlxalq hüquq normalarının pozulması:əsir düşmüş, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələsi” mövzusunda konfrans keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə fransalı siyasətçilər, elm adamları və digər şəxslər də iştirak ediblər.

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev çıxışında Ermənistanın Azərbaycana qarşı yürütdüyü torpaq iddialarından, azərbaycanlıların ermənilər tərəfindən ardıcıl şəkildə etnik təmizləmə və deportasiya siyasəti nəticəsində tarixi torpaqlarından didərgin düşməsindən, Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən danışıb.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının və digər beynəxalq qurumların qəbul etdiyi sənədlər haqqında ətraflı məlumat verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən, erməni əsirliyində olan azərbaycanlılara qarşı olan qeyri-insani rəftardan danışıb.

Tədbirin sonunda Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş, girov götürülmüş və itkin düşmüş azərbaycanlılara həsr olunmuş film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi