Fransa Senatının Qarabağla bağlı qərarının 4 səbəbi

Fransa Senatının Qarabağla bağlı qərarının 4 səbəbi Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımağı təklif edən qərar qəbul etməsi beynəlxalq münasibətlər sisteminin əsaslarını da yenidən müzakirə obyektinə çevirdi.
Qarabağ
2434
27 Noyabr , 2020 09:45
Fransa Senatının Qarabağla bağlı qərarının 4 səbəbi

Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımağı təklif edən qərar qəbul etməsi beynəlxalq münasibətlər sisteminin əsaslarını da yenidən müzakirə obyektinə çevirdi.

İstanbul Gelişim Universitetində fəaliyyət göstərən azərbaycanlı alim, sosiologiya və beynəlxalq münasibətlər üzrə ekspert Dr. Bəhlul Əliyev “Report”a açıqlamasında Fransa Senatının bu qərarını beynəlxalq münasibətlər tarixində əxlaqsızlığın yeni mərhələsinə keçid olaraq qiymətləndirib.

Dağlıq Qarabağın müstəqilliyinin heç vaxt müzakirə mövzusu olmadığını deyən B.Əliyev Fransanın bu addımının arxasında dörd əsas səbəbin yatdığını deyib:

Bəhlul Əliyev
Bəhlul Əliyev

“Fransa qlobal siyasətdə hər gün daha da uğursuzluğa düçar olur. Xüsusilə Azərbaycanın 44 günlük Vətən Müharibəsindən ciddi qələbə ilə çıxması və bu müharibədə Türkiyənin Azərbaycana mənəvi dəstəyini dəfələrlə ən yüksək səviyyədə ifadə etməsi, regionda Fransanın rolunun arxa planda qalması və Türkiyənin rolunun daha da artacağı qorxusuyla öz prestijini bərpa etmək və hələ də vacib aktor olduğunu göstərmək məqsədi daşıyır. Eyni zamanda, Fransada yüksək siyasətə sərmayə yatıran, siyasətçilərin proqramlarını maliyyələşdirən, beləcə onlara təzyiq mexanizminə sahib olan və məğlubiyyətdən məmnun olmayan erməni diasporunu razı salmaq üçün də bu addım münasib görüldü. Üçüncü səbəb kimi Azərbaycanın Fransaya qarşı Fransa vətəndaşlarının Ermənistan tərəfdə Azərbaycana qarşı müharibəyə qatılmalarını əsas gətirərək müharibə cinayəti iddiası irəli sürməsini qabaqlamaq məqsədi daşıdığını göstərə bilərik. Nəhayət, ən vacib faktorlardan biri də Fransanın Azərbaycana və Azərbaycanın mövqeyinə həssas yanaşan Türkiyəyə yeni təzyiq mexanizmi qurmağa çalışmasıdır”.

Fransa Senatının qəbul etdiyi bu qərarın hüquqi heç bir əsasının olmadığını, Fransa hökumətinə tövsiyə xarakteri daşıdığını bildirən Bəhlul Əliyev qərarı utancverici spekulyasiya olaraq qiymətləndirib. Onun sözlərinə görə Fransanın siyasi xəttinə belə zidd olan bu qərarın Senat tərəfindən qəbul edilməsi Fransa siyasətinin nə qədər ucuzlaşdığını və reallıqdan uzaqlaşdığını göstərir:

“Bunu qısaca diplomatik tükənmişlik olaraq ifadə etmək olar. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də bildirdiyi kimi bu qərar Azərbaycan üçün kağız israfından başqa bir şey ifadə etmir. Ancaq bu mövzunun müzakirəyə açılması belə həddini aşan Fransa siyasətində əxlaqsızlığın yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir”.

Son xəbərlər

Orphus sistemi