Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zəmanətçilərdəndir"

Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zəmanətçilərdəndir" Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zəmanətçilər sırasındadır.
Qarabağ
479
30 Yanvar , 2020 14:10
Emmanuel Makron: Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zəmanətçilərdəndir

"Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zəmanətçilər sırasındadır".

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) illik qala ziyafəti zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində vəzifəsini icra etməklə sülh danışıqlarının davam etdirilməsində əsas zəmanətçilərdən biridir”, - o deyib.

Dövlət başçısı həm Ermənistan baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb.

“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, - E.Makron xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi