Fərrux şəhidinin anası: "Adını Qəhrəman qoydum, qəhrəmancasına şəhid oldu"

Fərrux şəhidinin anası: "Adını Qəhrəman qoydum, qəhrəmancasına şəhid oldu" Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olan igidlərimizdən biri də Qəhrəman Qəhrəmanovdur.
Qarabağ
9 Aprel , 2022 22:44
Fərrux şəhidinin anası: Adını Qəhrəman qoydum, qəhrəmancasına şəhid oldu

Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olan igidlərimizdən biri də Qəhrəman Qəhrəmanovdur.

Şəhidin anası "Report"un Muğan bürosuna bildirib ki, Qəhrəman I Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb: "Oğlum dünyaya gələndə onun adını mən Qəhrəman qoydum, qəhrəmancasına da şəhid oldu. Şəhidlik uca zirvədir, hər adama nəsib olmur. Buna görə də meyiti, ziyarət etməyə qəbri olmasa da biz onun şəhid olmasını qəbul etmişik. Əgər Qəhrəmanın meyiti tapılarsa, biz onu dəfn edərdik. Onun məzarı da bizim üçün bir təskinlik yeri olardı".

Şəhid Qəhrəman Qəhrəmanov 1973-cü ildə İmişli rayonunun Mirili kəndində doğulub. 1992-ci ildə məktəbi bitirib, diplomunu alaraq öz kəndində qayıdır. Bir müddətdən sonra məlum olur ki, Qəhrəman valideynlərindən xəbərsiz adını 20 yanvar batalyonuna yazdırıb.

Şəhidin qardaşı Pəhləvan Qəhrəmanov deyir ki, son görüşləri 1992-ci ilin sentyabrında olub. “Yola saldıq, getdi. Günlər keçdi, gəlmədi. Atam arxasınca Ağdama getdi. Oktyabrın 18-də onun həlak olması xəbəri ilə qayıtdı”.

Qeyd edək ki, 1992-ci ilin sentyabrından döyüşlərə yollanan Qəhrəmanov Qəhrəman Savalan oğlunun 30 sentyabr 1992-ci ilə tarixində ölməsi barədə məlumat verilir. İmişli Rayon Məhkəməsinin qərarı ilə 2007-ci il 7 mart tarixində onun barəsində ölüm faktı qəbul edilir.

Bu gün isə illərdir gözü yolda qalan ailəsi aparılan DNT analizinin cavabını gözləyirlər ki, illərdir həsrətini çəkdikləri Qəhrəmanlarının nəşinə qovuşsunlar.

Son xəbərlər

Orphus sistemi