Fərəh Əliyeva: "Ağdamın bərpası layihələri üzərində işlərə başlanılıb"

Fərəh Əliyeva: "Ağdamın bərpası layihələri üzərində işlərə başlanılıb" "Ağdamın tarixi və mədəniyyət abidələrinin bərpası istiqamətində layihələr üzərində işlərə başlanılıb".
Qarabağ
29 İyul , 2021 14:57
Fərəh Əliyeva: Ağdamın bərpası layihələri üzərində işlərə başlanılıb

"Ağdamın tarixi və mədəniyyət abidələrinin bərpası istiqamətində layihələr üzərində işlərə başlanılıb".

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda səfərdə olan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva jurnalistlərə açıqlamasında deyib.

F.Əliyeva işçi qrupunun bütün üzvlərinin Ağdama səfər etdiyini və buradakı abidələrin hazırkı durumu ilə bağlı fikir mübadilələrinin aprıldığını bildirib:

"Səfərimizin məqsədi buradakı vəziyyəti öz gözlərimizlə görməkdir. İşçi qrupun tərkibində alimlər və mütəxəssislər var. Ağdam şəhərinin çox gözəl tarixi keçmişi olub. Şəhərin böyük bir gələcəyi var. Onun gələcyində bir keçmiş də yaşamalıdır. Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq Ağdamın tarixi və mədəniyyət abidələrinin bərpası istiqamətində layihələr üzərində işlərə başlanıb. Biz bu gün Ağdamda bərpa, konservasiya və restavrasiyası mümükün olan bütün abidələrə baxış keçirib, öz rəyimizi təqdim edəcəyik. Əsasən burada İmarət kompleksi, Cümə və Qiyaslı məscidlərində olacağıq".

Son xəbərlər

Orphus sistemi