Əsirlikdən qayıdan Bayramın həyat yoldaşı: “3 yaşlı oğlum mənə təsəlli verirdi”

Əsirlikdən qayıdan Bayramın həyat yoldaşı: “3 yaşlı oğlum mənə təsəlli verirdi” Vətən müharibəsi zamanı yaralanaraq əsir götürülən Gəncə şəhər sakini Bayram Kərimovun Azərbaycana qaytarılması xəbərini ailəsi böyük sevinclə qarşılayıb.
Qarabağ
15 Dekabr , 2020 12:31
Əsirlikdən qayıdan Bayramın həyat yoldaşı: “3 yaşlı oğlum mənə təsəlli verirdi”

Vətən müharibəsi zamanı yaralanaraq əsir götürülən Gəncə şəhər sakini Bayram Kərimovun Azərbaycana qaytarılması xəbərini ailəsi böyük sevinclə qarşılayıb.

Bayram Kərimovun həyat yoldaşı Sevgi Kərimova “Report”un Qərb Mərkəzinin əməkdaşı ilə müsahibəsində bildirib ki, həyat yoldaşının əsirlikdən qaytarılaraq Azərbaycana gətirilməsi xəbəri onun ad günündə aldığı ən böyük hədiyyəsidir.

“Bayram əsir düşən gündən bəri gözümün yaşı dayanmır, yuxularım da ərşə çəkilmişdi. Hər dəfə kənarda ağlayanda 3 yaşlı oğlum məni təsəlli edirdi ki, ana ağlama, Allah baba atamı gətirəcək. Bu gün mənim ad günümdür. Bayramın qayıtması xəbəri ömür boyu aldığım ən böyük ad günü hədiyyəsidir. Şükür edirəm ki, mən və övladımızın üzü gülür. Əsir düşdüyü gündən bəri susqunluq düşən evimizdə indi sevinc coşqusu yaşanır. Allahımıza min şükür! Bir az olar Bayramın özü ilə də danışdım, vəziyyətim yaxşıdır dedi”.

S.Kərimova dövlət başçısı İlham Əliyevin əsirlərin qaytarılması üçün göstərdiyi diqqətə görə öz təşəkkürünü bildirib: “Bizə bu sevinci yaşatdıqları üçün cənab Prezidentə, onun həyat yoldaşı Mehriban xanım Əliyeva minnətdaram, çox sağ olsunlar. Bayramın qayıdışı mənə veriləcək ən böyük hədiyyə oldu”.

Qeyd edək ki, müharibə zamanı yaralanmış B.Kərimov hazırda Bakıda xəstəxanadadır və onun müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi