Azərbaycan əsgərinin həlak olması barədə daha bir məlumat yalan çıxdı - VİDEO

Azərbaycan əsgərinin həlak olması barədə daha bir məlumat yalan çıxdı - VİDEO "Onun fotosu 2016-cı ilin fevralında qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib"
Qarabağ
27 Fevral , 2017 19:23
Azərbaycan əsgərinin həlak olması barədə daha bir məlumat yalan çıxdı - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən Azərbaycan sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron KİV-ə istinadən Ermənistan mətbuatında guya Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq bildirilib.

"Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib. Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, youtube-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu, Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir", - nazirlikdən vurğulanıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Son xəbərlər

Orphus sistemi