Ermənistanın təxribatı nəticəsində şəhid olan Elçin Ağayev dəfn edilib

Ermənistanın təxribatı nəticəsində şəhid olan Elçin Ağayev dəfn edilib Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Ağayev Elçinin nəşi ailəsinə təhvil verilib.
Qarabağ
17 Noyabr , 2021 21:35
Ermənistanın təxribatı nəticəsində şəhid olan Elçin Ağayev dəfn edilib
0 : 00
0 : 00

Ötən gün dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağayev Elçin Mərifət oğlu ilə Cəlilabad şəhərindəki evində vida mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları ilə yanaşı, yerli sakinlər, rayon rəhbərliyi və qazilər iştirak edib.

Sonra şəhid Cəlilabad şəhər qəbiristanlığında dəfn edilib. E.Ağayevin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib. Dəfn zamanı dövlət himni səsləndirilib və fəxri qarovul tərəfindən yaylım atəşi açılıb.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub. O, noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olub.

20:00

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Ağayev Elçinlə Cəlilabadda vida mərasimi keçirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları ilə yanaşı rayon ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid Elçin Ağayev Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub.

Allah rəhmət eləsin!

19:16

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Ağayev Elçinin nəşi ailəsinə təhvil verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, onun nəşi Cəlilabad şəhərində ailəsinin yaşadığı evə gətirilib.

Şəhid vida mərasimindən sonra Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi