Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub.
Qarabağ
17 Noyabr , 2019 09:20
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi